Sionist rejim qəsəbə inşası üçün 120 milyon dollar vəsait ayırıb
-
Sionist rejim qəsəbə inşası üçün 120 milyon dollar vəsait ayırıb
Fələstin ərazilərini müdafiə qurumu bildirib ki, sionist rejim İordan çayının qərb sahilində sionist qəsəbələrin inşası üçün onlarla milyon dollar vəsait ayırıb.
İRİB-in verdiyi məlumata görə, İsrailin qəsəbə inşası qarşısında müqavimət və fələstin ərazilərini müdafiə üzrə milli büro dünən bir hesabat yayaraq bildirib ki, sionist başçılar İordan çayının qərb sahilinin şərqində Əl-Əğvar və Bəhrül-Məyyit bölgələrində mövcud sionist qəsəbələrinin inkişaf planının icrası üçün 120 milyard dollar dəyərində vəsait ayırıb.
Fələstin Azadlıq Təşkilatı öncə də bir hesabatda sonist rejimin İordan çayının qərb sahilində və şərqi Qüdsdəki qəsəbə inşasının sürətləndiyini bildirərək xatırlatmışdı ki, sionist rejim 600 yeni mənzil inşa etmək niyyətindədir.