Kabildə əhali Amerika hərbçilərindən narazıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i303572-kabildə_əhali_amerika_hərbçilərindən_narazıdır
Əfqanıstan polisinin havaya atəş açması Kabildə əhali ilə Amerikanın başçılıq etdiyi işğalçı əcnəbi qüvvələr arasında qarşıdurmaya mane olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2018 16:21 Asia/Baku
  • Kabildə əhali Amerika hərbçilərindən narazıdır
    Kabildə əhali Amerika hərbçilərindən narazıdır

Əfqanıstan polisinin havaya atəş açması Kabildə əhali ilə Amerikanın başçılıq etdiyi işğalçı əcnəbi qüvvələr arasında qarşıdurmaya mane olub.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Kabildə Amerikanın hərbi karvanı tərəfindən iki əfqan mülkinin öldürülməsinin ardınca qəzəbli sakinlər əcnəbi qüvvələrlə toqquşmaq istəyərkən Polis havaya atəş açaraq onlara mane olub. 

Amerikanın zirehli karvanı dünən əfqan mülkini basaraq öz yolunu davam etdirib və törətdiyi cinayətə etina etməyib. 

İslami müqəddəslərə, Məscidlərə təhqir, Quranı yandırmaq, yaşayış mənzillərinə gecə hücumları və Əfqanıstan xalqını qırğın etmək Amerika hərbçilərinin törətdiyi cinayətlər olaraq Əfqanıstan xalqınıqəzəbləndirib.