Sionist rejim rasist rejimdən faşist rejimə keçib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i303580-sionist_rejim_rasist_rejimdən_faşist_rejimə_keçib
Sionist rejim parlamentinin ərəb deputatı deyib: İsrail rasist rejimdən faşist rejimə çevrilib, belə ki, hal-hazırda Knessetdə ərəblərə qarşı 90 irqçi qanun mövcuddur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2018 16:56 Asia/Baku
  • Sionist rejim rasist rejimdən faşist rejimə keçib
    Sionist rejim rasist rejimdən faşist rejimə keçib

Sionist rejim parlamentinin ərəb deputatı deyib: İsrail rasist rejimdən faşist rejimə çevrilib, belə ki, hal-hazırda Knessetdə ərəblərə qarşı 90 irqçi qanun mövcuddur.

İRİB-in verdiyi məlumata görə, İsrail Knessetinin qadın deputatı Hənin Əzzəbi bu gün Əl-Qüdsül-Ərəbi qəzetinə verdiyi müsahibədə Birləşmiş Millətlər Təşkilatının fələstinlilərə qarşı repressiyalar, onların ərazilərinin müsadirə edilməsi və onların qırğınlara məruz qalması qarşısındakı susqunluğunu qınayaraq işğal olunmuş ərazilər və İordan çayının qərb sahilində yaşayan fələstinlilərin Qəzzə əhalisinin mübarizələrinə qatılmalarını zəruri adlandırıb. 

Sionist rejim parlamentinin ərəb nümayəndəsi deyib: Bu gün israillilərin məqsədi etiraz aksiyalarının digər bölgələrə sirayət etməsinin qarşısını almaqdır ona görə ki, sionist rejim hərbi qarşıdurmadan əlavə geniş xalq etirazları ilə qarşılaşa bilməz.