Apr 23, 2018 17:13 Asia/Baku
  • Feysəl Miqdad: Saxta kimyəvi hücum ssenarisində Britaniyanın əli var
    Feysəl Miqdad: Saxta kimyəvi hücum ssenarisində Britaniyanın əli var

Suriya xarici işlər nazirinin müavini bazar günü ITV telekanalı ilə müsahibədə Dumada saxta kimyəvi hücum ssenarisində Britaniyanın əlinin olduğunu bildirərək deyib: Bu ssenari Suriyaya hərbi hücumu əsaslandırmaq üçün planlaşdırıldı.

İRNA-nın məluimatına görə, Feysəl Miqdad xatırladıb: Duma əhalisi bu şəhərin terrorçuların işğalından azad olunmasından sonra bildirdilər ki, terrorçular bəzi şəxsləri kamera qarşısında duraraq yalandan uşaqlarının bu iddialı hücumda həlak olduqlarını deməyə məcbur ediblər. 

Suriya xarici işlər nazirinin müavini bildirib: Terrorçuları dəstəkləyən qərb və ərəb kütləvi informasiya vasitələri tərəfindən yayımlanan Dumada iddialı kimyəvi hücumla bağlı foto və videoların heç biri reallığı əks etdirmir. 

ABŞ, Fransa və Britaniyadan ibarət şər üçbucağı 14 apreldə, yəni Şərqi Qutənin Duma şəhərinə kimyəvi hücumla bağlı əsassız ittihamdan düz bir həftə sonra Suriyanın müxtəlif bölgələrinə 100-dən çox raket atıb. Bu vəhşicəsinə cinayət iddialı kimyəvi hücum bəhanəsi ilə törədilib. 

Rusiya Müdafiə Nazirliyi həftələrlə öncə bildirmişdi ki, terrorçular və onların hamiləri kimyəvi hücum və yaxud Suriyada xarici hərbi əməliyyata şərait yaratmaq üçün səhnələr planlaşdırırlar. 

Teqlər