İraq həlak olan jurnalistlərin sayı baxımından birinci yerdə durur
İraq Jurnalistlər Mərkəzinin sədri Moəyyid Əl-Lami deyib: Vyetnam müharibəsindən bəri qətlə yetirilən jurnalistlərin sayı baxımından İraq birinci yerdə durur.
İRNA-nın verdiyi məlumata görə, İraq Jurnalistlər Mərkəzinin sədri Moəyyid Əl-Lami dünən mərkəzin seçki konqresində şəhid jurnalistlərin İraqda demokratiyanın bərqərar olunmasını müdafiə etdiklərini xatırladıb və deyib: İraq terrorizm qurbanı olan jurnalisltərin sayı baxımından rekord vurub.
Əl-Lami son günlərdə bildirmişdi ki, 2003-dən bəri İraqda 460 jurnalist həlak olub.
Əl-Lami həmçinin öldürülən jurnalistlərin 80 faizinin terrorizm qurbanı olduğunu bildirmişdi.
İraq böhranı 2014-cü ildə Səudiyyə Ərəbistanı, Amerika və onun müttəfiqlərinin regiondakı balansı sionist rejimin xeyirinə dəyişmək məqsədi ilə dəstək verdikləri terrorçu qrupların geniş hücumu ilə başladı.
İraq ordusu İran İslam Respublikasının hərbi məsləhət yardımları ilə bu ölkədəki İŞİD terrorçularının fəaliyyətinə son qoydu.