Livan Hizbullahının baş katibi regionda gedən prosseslərə münasibət bildirib
Livan Hizbullahının baş katibi Orta şərqdə vəziyyətin həssas olduğunu bildirərək deyib: Sionist rejimin Suriyaya qarşı hücumlarının davam etməsi nəinki Suriyaya qarşı ciddi təhlükədir hətta böhranın bütün regiona yayılmasına aəbəb ola bilər.
İRNA-nın Beyrutdan verdiyi məlumata görə, Seyid Həsən Nəsrullah dünən gecə Beyrutda etdiyi çıxışında region hadisələrini təhlil edərək deyib: Elə bir şərait yaranıb ki, başda Amerika və işğalçı sionist rejim olmaqla düşmənlər müxtəlif planlarla vəziyyəti gərginləşdirmək və region ölkələri arasında müharibəni şölələndirmək istəyirlər.
Seyid Həsən Nəsrullah Suriya və İraqda İŞİD kimi terrorçu qrupların ardı-ardınca məğlub edilmələrinin Amerika və İsrail başda olmaqla terrorçu qrupların hamilərinin nakam qalmalarına gətirib çıxartdığını bildirərək deyib: Düşmənlər məhz buna görə də təhrikamiz hərəkətlərlə region ölkələrini başqa formada böhrana sürükləmək istəyirlər.
Livanın cənubunda seçki toplantısında çıxış edən Livan Hizbullahının baş katibi deyib: Hizbullah döyüşçüləri və Livan ordusu Suriya sərhədlərində İŞİD ilə döyüşməsəydilər bu gün Livanda seçkilərin keçirilməsi mümkün olmayacaqdı.
Livan Hizbullahının baş katibi deyib: Biz müsəlmanlar və xristianların həqiqi mənada həmrəyliyinin tərəfdarıyıq ona görə ki, Livanda tayfaçılıq düşüncəsi sona çatıb və hər şeyə sahib olmaq istəyən partiya uğur qazanmayacaq.
Livanda yeni seçki qanunu ötən il qəbul edildi və bu qanuna görə seçki meyarı, əksəriyyətdən nibiliyə dəyişdi.
Nəsrullah deyib: Təcrübə göstərib ki, müqavimət silahı ordu və xalq ilə birlikdə Livanda təhlükəsizliyin əsasını təşkil edir.