Apr 24, 2018 10:42 Asia/Baku
  • Şərqi Qələmundan mindən çox terrorçu çıxarılıb
    Şərqi Qələmundan mindən çox terrorçu çıxarılıb

Suriyada milli barışıq üzrə koordinasiya mərkəzinin rus sədri dünən gecə deyib: Son 24 saat ərzində mindən çox terrorçu Suriyanın cənubunda şərqi Qələmun bölgəsini tərk edib.

İRNA-nın verdiyi məlumata görə, Suriyada milli barışıq üzrə koordinasiya mərkəzinin rus sədri Yuri Yutoşenko deyib: Suriyanın təhlükəsizlik qüvvələri və bu ölkənin Qırmızı Aypara Cəmiyyətinin koordinasiyası nəticəsində 1072 terrorçu ailəsi ilə birlikdə 31 avtobus vasitəsi ilə şərqi Qələmundakı keçidlərdən istifadə olunaraq İdlib vilayətinin Qala bölgəsinə köçürülüb. 

Yutoşenkonun dediyinə görə, silahlı ünsürlər 12 silah, 115 bomba , 4 partlayıcı kəmər və başqa hərbi silah sursatlarını Suriya ordusuna təhvil veriblər. 

Rusiyanın bir hərbi rəsmisi isə bildirib ki, şərqi Qələmun bölgəsini tərk edən terrorçuların sayı 20 apreldən bu günədək 3922 nəfərə çatıb.

Teqlər