Əlcəzairdə israilli casus edama məhkum olunub
-
Əlcəzairdə israilli casus edama məhkum olunub
Əlcəzairin Qərdayə məhkəməsi ölkədə israilli casusu edama məhkum edib.
Əlcəzairin rəsmi informasiya agentliyinin məlumatına görə, Əlcəzairin Qərdayə məhkəməsi Liberiya və Livan vətəndaşlığı olan Əllaməddin Feysəli İsrail üçün casusluq etmək, qeyri-qanuni dəstə təşkil etmək və Əlcəzairin təhlükəsizliyinə zərbə vurmağa cəhd ittihamı ilə edam edilməsi qərarını təsdiqləyib.
Əlcəzair məhkəməsi Əllaməddin Feysəllə əməkdaşlıq etməkdə ittiham olunan yeddi nəfəri 10 il azadlıqdan məhrum və hər bir nəfəri 1 milyon Əlcəzair dinarı (təxminən 1900 dollar) ödəməyə məhkum edib.
Əlcəzair təhlükəsizlik qüvvələri 2017-ci ilin əvvəllərində bu şəxsləri həbs edib və onların qaldıqları məkandan üç ədəd peyk telefonu, bir neçə kompüter, səsyazma aparatı və başqa əlaqə vasitələri aşkarlayıb və götürüblər.
Qərdayə məhkəməsi 2018-ci fevral ayında bu cinayət işinin əsas müttəhimi Əllaməddin Feysəli edama məhkum etmişdi.