Suriyanın BMT-dəki daimi nümayəndəsi xəbərdarlıq etdi
-
Suriyanın BMT-dəki daimi nümayəndəsi xəbərdarlıq etdi
Hüsaməddin Ala: Suriya Nüvə Silahlarının Yayılmamasına dair Sazişi imzalayan ilk ölkədir və bəzi ölkələrin siyasiləşdirmə və ikili meyarları tətbiq etmələrinə qarşıdır.
Suriyanın BMT və digər beynəlxalq təşkilatların Cenevrədəki daimi nümayəndəsi Hüsaməddin Ala 2020-ci ildə keçiriləcək Nüvə Silahlarının Yayılmamasına dair Sazişdə iştirak edən tərəflərin konfransının 2-ci hazırlıq iclasında deyib: Suriya Ərəb Respublikası regional və beynəlxalq sülh və təhlükəsizlik üçün nüvə silahlarını əldə etmək və onların yüksəltməklə bağlı təhlükəli təhdidləri dərk etdiyinə görə, 1968-ci ildə Nüvə Silahlarının Yayılmamasına dair Sazişə qoşulmuşdur.
O əlavə edib: Suriya bu sazişin maddələrinə əsasən, öz öhdəliklərini yerinə yetirməyi davam etdirəcək və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə imzalanan əhatəli zəmanətlərin maddələrinə sadiqdir və onunla tam əməkdaşlıq edir. Suriya bəzi ölkələrin siyasiləşdirmə və ikili meyarları tətbiq etmək üzrə səylərinə qarşıdır və bildirir ki, bu sazişin 2020-ci ildə konfransının təsdiqlərinə əsasən qanuni öhdəliklər və könüllü tədbirlər bir-birinə qarışdırılmamalıdır.
Suriya rəsmisi bildirib: 2020-ci il qərarlarında qanuni öhdəliklər və könüllü tədbirlər arasında fərqin qorunmasının vacibliyi vurğulanıb. Suriya Ərəb Respublikası həmçinin inanır ki, bu saziş üç əsas tətbiqin bərabər şəkildə icrası üzərindədir. Bu saziş həmin üç əsas üzərində formalaşıb və onların icrası da əhəmiyyətə malikdir və bu sazişin cahanşümul olmasını reallaşdırır.