Əl-Cəfəri: Sionist rejimin işğalçılığına son qoyulmalıdır
-
Əl-Cəfəri: Sionist rejimin işğalçılığına son qoyulmalıdır
Suriyanın BMT-dəki daimi nümayəndəsi bildirib: BMT Təhlükəsizlik Şurası sionist rejimin ərəb ərazilərindəki işğalçılığına son qoymalıdır.
Suriyanın əl-Əxbariyyə televiziyasına istinadla verdiyi məlumata görə, Bəşşar əl-Cəfəri ötən gecə BMT Təhlükəsizlik Şurasının iclasında İsrail rejiminin Fələstin, Suriya və Livan ərazilərini işğal etməsi, sakinlərini didərgin salması və onların ərazilərini müsadirə etməsinə toxunub və deyib: Bu ərazilər öz ölkələrinə qaytarılmalıdır.
Suriyanın BMT-dəki daimi nümayəndəsi bildirib: Suriyanın işğal olunmuş Cövlan yüksəkliklərinə hakimiyyət hüququ müzakirə ediləsi deyildir, Suriyanın işğal və qəsb edilmiş ərazisi tam şəkildə Suriya xalqına verilməlidir.
Beytül-Müqəddəsin paytaxtlığı ilə müstəqil Fələstin dövlətinin yaradılmasını vurğulayan Bəşşar əl-Cəfəri deyib: Təhlükəsizlik Şurası İsrail rejimini ərəb və Fələstin ərazilərinin işğalına son qoymağa məcbur etməlidir.
Suriyanın BMT-dəki daimi nümayəndəsi həmçinin sionist rejimin Fələstin xalqına qarşı cinayətlərini qınayaraq Təhlükəsizlik Şurasından bu cinayətlərə son qoyulması üçün bu rejimə təzyiq göstərməsini istəyib.