Apr 28, 2018 20:11 Asia/Baku
  • Qəzzə xəstəxanalarında dərman və təchizat çatışmazlığı
    Qəzzə xəstəxanalarında dərman və təchizat çatışmazlığı

Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" aksiyasında fələstinlilərin verdikləri tələfat və yaralının sayının artması ilə Qəzzə xəstəxanaları dərman və təchizat çatışmazlığı ilə üzləşiblər.

Qəzzə səhiyyə nazirliyinin sözçüsü Əşrəf Qudrət bu gün bildirib ki, bu nazirlik on bir il bundan öncədən bəri misli görünməmiş bir dərman çatışmazlığı ilə üzləşir, zira xəstəxanalar və müalicə mərkəzlərindəki dərmanlar və tibbi ləvazimatların əlli faizi tükənibdir.

Qəzzədə xəstəxana üzrə təcili yardım bölməsinin müdiri Əmin Səhabani deyib: Qəzzənin 2006-cı ildən mühasirə olunması ilə Qəzzə xəstəxanaları dərman və təchizat çatışmazlığı ilə üzləşirdilər, lakin Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" aksiyasında yaralıların sayının artması ilə dərman və tibbi imkanlar çatışmazlığı böhran həddinə çatıbdır.

Belə bir halda, Qəzzə səhiyyə nazirliyinin dərman preparatları idarəsinin müdiri Munir Əlbərəş bütün beynəlxalq və humanitar təşkilatlardan, eləcə də Ümumdünya Səhiyyə Təşkilatından istəyibdir ki, fələstinlilərə lazımi tibbi yardımları göstərsinlər.

Teqlər