Livanın seçki atmosferi
Livan parlament seçkilərinə bir həftə qalmış bu ölkə tamamilə seçki əhval-ruhiyyəsinə bürünübdür. Livan parlament seçkiləri dörd il təxirlə keçirilir. 976 namizəd 128 yer uğrunda rəqabət aparacaq. Regiondakı və regiondan kənar dövlətlər diqqətlə Livan parlament seçkilərini nəzarətdə saxlayırlar. 19-cu Livan parlament seçkiləri gələn həftənin bazar günü keçiriləcək.
Livan parlament seçkilərinə bir həftə qalır. Bu seçkilər dörd il təxirlə keçirilir. 128 yer uğrunda 976 nəfərin iştirakı. Və hər bir yer uğrunda yeddidən çox namizədin mübarizə aparması bu dövrdəki rəqabətin yüksəkliyindən xəbər verir.
Qarışıq iqtisadi durum səksən milyard dollarlıq xarici borclar, həmçinin su və elektrik şəbəkələrindəki infrastrukturların qarışıq durum ilə yanaşı yeni parlament və dövlətin ağır vəzifəsindən xəbər verir.
Fadi Əbud, Livanın sabiq iqtisadiyyat naziri: İqtisadiyyat yeni parlament və dövlətin ən mühüm prioritetidir və korrupsiya ilə ciddi mübarizə, istehsalın rövnəq tapması və işsizlik probleminin həlli üçün real yol təqdim olunmalıdır. Livan iqtisadiyyat və korrupsiya ilə mübarizə sahələrində ciddi bir inqilaba ehtiyaclıdır.
Ötən cümə günü və dünən, bazar günü qırx ölkədə yaşayan livanlıların səsverməsi həyata keçirilib. İlk dəfədir ki, ölkə xaricində yaşayan livanlıların səsvermələri onların yaşadıqları ölkədə həyata keçirilir.
Cubran Basil, Livanın xarici işlər naziri: Bu, Livan üçün yeni bir təcrübədir. İlk dəfədir ki, ölkə xaricində seçkilər keçirilir. Qırx ölkədə 96 seçki məntəqəmiz var.
Səsvermə şəraitinə malik olan ölkə xaricində yaşayan üç milyon 744 min 245 livanlıdan təkcə 82 min 970 nəfər seçkilərdə iştirak üçün qeydiyyatdan keçibdir.