Apr 30, 2018 16:51 Asia/Baku
  • Xarici fəhlələr Ərəbistandan ixrac olunurlar
    Xarici fəhlələr Ərəbistandan ixrac olunurlar

Ərəbistanın Yəmən ilə savaşda 120 milyard dollarlıq xərc çəkməsinin ardınca Ərəbistan statistika idarəsinin ümumi şurasının rəsmi bəyanatları belə bir məsələdən xəbər verir ki, bu ölkə iqtisadi problemlərə görə, ötən üç ayda 270 min xarici fəhləni ixrac edibdir.

Ərəbistan tərəfindən yayılan statistikalara əsasən, bu ölkədə yaşayan xarici fəhlə və işçilərin sayı hazırda on milyon 420 min nəfərədək azalıbdır.

Ərəbistanda çıxan "Məkkə" qəzeti də son zamanlar bildiribdir ki, Ərriyad üzləşdiyi iqtisadi böhrana görə, 2018-ci ildə 670 mindən çox xarici fəhləni ixrac edəcəkdir.

Həmçinin səudiyyə dövləti qanuni icranı 2017-ci ildə həyata keçirdi ki, ona əsasən, Ərəbistanda yaşayan hər bir xarici fəhlə və onun ailə üzvləri adambaşına ildə yüz səud riyalı məbləğində vergi ödəməlidirlər. Bu rəqəm 2018-ci ildə ikiqat artaraq, iki yüz səud riyalına çatıbdır.

Ərəbistanın və bəzi ərəb ölkələrinin Yəmənlə üçillik savaşı Ərriyad üçün iqtisadi iflas kimi bir çox ağır nəticələrə səbəb olubdur.

 

Teqlər