B.Əsəd: Düşmən ölkələr birbaşa təcavüz mərhələsinə daxil olublar
Suriya prezidenti deyib: Düşmən ölkələrin öz muzdurları və əlaltılarının ağır məğlubiyyətlərindən sonra Suriyaya birbaşa təcavüzlərinin şiddətlənməsi suriyalıların terrorizmin müxtəlif formalarının məhv edilməsi üzrə əzmkarlıqlarının güclənməsinə səbəb olacaq.
Suriya prezidenti Bəşşar Əsəd İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Borucerdi ilə görüşdə əlavə edib: Suriya ordusu və onun müttəfiqləri ləyaqətlə terrorizm qarşısında dayandılar və biz hazırda yekun qələbəyə yaxınlaşmışıq.
Borucerdi də bu görüşdə vurğulayıb: Amerikanın, onun müttəfiqlərinin, həmçininregionda və Suriyadakı əlaltılarının planı iflasa uğrayıb və son təcavüzün uğursuz qalması terrorizmlə mübarizənin və müqavimət mehvərinin qüdrəti və möhkəmliliyini göstərir.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri vurğulayıb: İranın dövləti və xalqı daim Suriyanın himayədarı kimi qalacaq və suriyalıların müəyyən edəcəkləri və bu ölkənin birliyi və hakimiyyətini qoruyacaq siyasi həll yolunun tapılması üzrə səylərini davam etdirəcək.
Suriyada böhran Ərəbistan, ABŞ və onların müttəfiqlərinin dəstək verdikləri terror qruplarının geniş hücumları ilə və regionun parametrlərini sionist rejimin xeyrinə dəyişmək istiqamətində 2011-ci ildə başlanıb. Suriyalı qüvvələr müqavimət mehvəri qüvvələrinin köməyilə son aylar terrorçulara ağır zərbələr vura biliblər.
Əlaəddin Borucerdi Suriya ilə bağlı son regional və beynəlxalq hadisələri araşdırmaq məqsədilə dünən Dəməşqə daxil olub.