May 01, 2018 11:43 Asia/Baku
  • Yəmənin şimalında Ərəbistanın PUA-sı məhv edildi
    Yəmənin şimalında Ərəbistanın PUA-sı məhv edildi

Səudiyyə Ərəbistanına məxsus kəşfiyyatçı Pilotsuz Uçan Aparat Yəmənin şimalında Sədə vilayətində məhv edilib.

Əl-Aləmin məlumatına görə, Ərəbistanın kəşfiyyatçı PUA-sı Sədə vilayətinin Ali Qərad bölgəsində Yəmən ordusu və Ənsarullah qüvvələri tərəfindən vurulub. 

Yəmən ordusu və Ənsarullahın havadan müdafiə qüvvələri şənbə günü də Ərəbistanın cənub-qərbində Cazanda səudiyyə rejiminin bir ədəd kəşfiyyatçı PUA-sını vurmuşdular. 

Yəmən ordusu və xalq komitələri qüvvələrinin havadan müdafiə bölməsi Yəmənin Ali Siyasi Şurasının sabiq sədri Saleh Əs-Səmad terror edilməzdən bir neçə gün öncə əl-Hüdeydə səmasında ABŞ-ın MQ9 modern pilotsuz uçan aparatını vurmuşdu. 

Səudiyyəli təcavüzkar koalisiya 19 apreldə Saleh Əs-Səmadın terroru əməliyyatında MQ9 PUA-sından istifadə etmişdi. 

Səudiyyə Ərəbistanının ABŞ-ın dəstəyi ilə Yəmənə hərbi təcavüzü üç ildən çoxdur ki, davam edir. Bu hücumlar siyasi məqsəd olmadan, yalnız Yəmən vətəndaşlarını qırğın etmək və bu ölkənin əsaslı infrastrukturlarının məhv ilə nəticələnir və Yəməndə çoxlu yoluxucu xəstəliklərin yayılmasına səbəb olub. 

Yəmən qüvvələri təcavüzkarların hücumlarına reaksiyada Ali-Səud rejimi və muzdlularının Yəmən və Ərəbistan ərazisindəki mövqelərini atəşə tuturlar. 

Teqlər