Amerikanın Suriya cinayətində onlarla nəfər həlak olub və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i305188-amerikanın_suriya_cinayətində_onlarla_nəfər_həlak_olub_və_yaralanıb
ABŞ koalisiyasının Suriyanın Həsəkə vilayətinə hava hücumları nəticəsində onlarla nəfər həlak olub və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 01, 2018 13:21 Asia/Baku
  • Amerikanın Suriya cinayətində onlarla nəfər həlak olub və yaralanıb
    Amerikanın Suriya cinayətində onlarla nəfər həlak olub və yaralanıb

ABŞ koalisiyasının Suriyanın Həsəkə vilayətinə hava hücumları nəticəsində onlarla nəfər həlak olub və yaralanıb.

Suriyanın Rəsmi İnformasiya Agentliyi SANA-nın məlumatına görə, bir neçə bölgə, o cümlədən Həsəkənin cənubunda Əş-Şəddadi şəhəri yaxınlığında əl-Fazil kəndi ABŞ bombaları nəticəsində tamamilə məhv olub.

ABŞ və müttəfiqləri 2014-cü il avqust ayından İŞİD terror qruplaşması ilə mübarizə bəhanəsi ilə BMT çərçivəsindən kənar koalisiya təşkil ediblər. ABŞ-ın başçılıq etdiyi koalisiya indiyədək İraq və Suriyada çoxlu sayda günahsız vətəndaşı al-qana boyayıb.

Suriyadan əldə olunan digər məlumata görə, Dəməşqin cənubunda Yərmuk düşərgəsindən terrorçuların çıxması üzrə razılaşmanın ilk mərhələsində indiyədək 200 terrorçu bu düşərgədən çıxıb.

Terrorçular Suriyanın şimal-qərbində Ən-Nüsrə Cəbhəsi terrorçularının əsas mərkəzi olan İdlibə nəql olunmalıdır.

Yərmuk düşərgəsi 2015-ci il 1 apreldən İŞİD və Ən-Nüsrə Cəbhəsi terrorçularının toqquşduğu məkana çevrilmişdir.

Suriyada böhran 2011-ci ildən region proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Ərəbistan, ABŞ və müttəfiqləri, o cümlədən Britaniya və Fransanın dəstəklədiyi terror qruplaşmalarının irimiqyaslı hücumları ilə başlanıb.