Sionist rejim Məsciduləqsa xitabətçisini həbs edib
May 02, 2018 08:52 Asia/Baku
Sionist rejim Məsciduləqsanın xitabətçisi və Beytulmuqəddəs Ali İslam Heyətinin sədri Şeyx Əkrəmə Səbrini həbs edib.
Bu həbs hökmünü vermiş sionist rejimin daxili işlər naziri Arye Deri deyib ki, Şeyx Səbri Türkiyədə və digər ölkələrdə Həmas qüvvələrilə sıx əlaqələrə malikdir və konfranslarda sionist rejimə qarşı çıxışlar edir.
Sionist rejim bundan öncə də Şeyx Səbriyə səfər qadağası qoymuşdu.
Belə bir halda, Şeyx Səbri onun həbsinin zalımcasına, əsaslandırılmaz və qanunsuz olduğunu bildirib və qeyd edib ki, bu hökmdə məhkum edilmək üçün heç bir dəlil gətirilməyibdir.
Teqlər