May 02, 2018 15:41 Asia/Baku
  • S.H.Nəsrullah: Amerika və müttəfiqləri regiondakı planlarının məğlubiyyəti qarşısında sakit qalmayacaqlar

Livan Hizbullahının baş katibi vurğulayıb ki, ABŞ, sionist rejim və Ərəbistan Suriya, İraq və Livandakı planlarının məğlubiyyəti qarşısında sakit qalmayacaqlar.

Seyid Həsən Nəsrullah dünən Livanın Bəqa vilayətində keçirilən böyük seçki toplantısında bildirib ki, Ərəbistan vəliəhdi Muhəmməd bin Salman Amerikanı və sionist rejimi regionda savaş törətməyə təhrik etmək üçün milyardlarla dollar ödəməyə hazırdır.

O, sonra deyib: Suriyada terror amilləri ilə savaş bitmək üzrədir, amma terrorçuların himayədarları, Amerika, onun müttəfiqləri və səudlar Suriyadakı məğlubiyyətlərin qarşısında sakit qalmayacaqlar.

Nəsrullah söyləyib: Regional həssaslıqlar yaratmaq ardınca olanlar sionist rejimin xeyrinə işləyirlər və onlar Bəqa məntəqəsinin, Livanın cənubunun və müqavimətin düşmənləridirlər.

Livan parlament seçkiləri mayın altısında keçiriləcək. Livan Hizbullahı bu seçkilərə on üç namizəd irəli sürübdür.

Teqlər