Suriya ABŞ-ın başçılıq etdiyi koalisiyanın müharibə cinayətlərinin durdurulmasını tələb etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i305562-suriya_abŞ_ın_başçılıq_etdiyi_koalisiyanın_müharibə_cinayətlərinin_durdurulmasını_tələb_etdi
Suriya Xarici İşlər Nazirliyi BMT baş katibi və Təhlükəsizlik Şurasının dövri sədrinə məktublar ünvanlayaraq ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyasının Suriya xalqına qarşı cinayətlərinin durdurulmasını tələb edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 03, 2018 06:46 Asia/Baku
  • Suriya ABŞ-ın başçılıq etdiyi koalisiyanın müharibə cinayətlərinin durdurulmasını tələb etdi
    Suriya ABŞ-ın başçılıq etdiyi koalisiyanın müharibə cinayətlərinin durdurulmasını tələb etdi

Suriya Xarici İşlər Nazirliyi BMT baş katibi və Təhlükəsizlik Şurasının dövri sədrinə məktublar ünvanlayaraq ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyasının Suriya xalqına qarşı cinayətlərinin durdurulmasını tələb edib.

Mehr İnformasiya Agentliyinin SANA-ya istinadla verdiyi məlumata görə, Suriya Xarici İşlər Nazirliyi bu məktublarda ABŞ-ın başçılıq etdiyi koalisiyanın İŞİD qalıqlarına dəstəklərinə toxunub və bildirib: Bu koalisiyanın yeganə məqsədi Suriyanın suverenliyini məhv etmək, ərazi bütövlüyünü pozmaq, Suriya böhranını uzunmüddətli etməkdir. 

Suriya Xarici İşlər Nazirliyi bir daha Təhlükəsizlik Şurasından beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə əlaqədar öz məsuliyyətini yerinə yetirməsini, bu koalisiyanın Suriya xalqına qarşı törətdiyi cinayətlər və müharibə cinayətlərinin dərhal durdurulması istiqamətində addım atmasını istəyib. 

ABŞ-ın başçılıq etdiyi İŞİD əleyhinə koalisiyanın qırıcı təyyarələri ötən gün Suriyada Həsəkə vilayətinə hücum edərək onlarla sivili qətlə yetirib və bir qrupu da yaralayıblar. 

ABŞ və müttəfiqləri 2014-cü ildən İŞİD terror qruplaşması ilə mübarizə bəhanəsi ilə və BMT çərçivəsindən kənar koalisya təşkil ediblər. Bu koalisiya indiyədək Suriyada çoxlu sayda vətəndaşı al-qana boyayıb.