Sionist hərbçilər İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın ediblər
Sionist rejim hərbçiləri fələstinlilərə qarşı düşmənçilik hərəkətlərinin davamında İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edib və bir qrup fələstinlini saxlayıblar.
İRİB-in məlumatına görə, sionist rejim hərbçiləri Nablos şəhərində üç fələstinlini, Bəlatə düşərgəsində bir nəfəri, Nablosun ətrafında Harrə əl-Qoryon bölgəsində bir nəfəri həbs ediblər. Hərbçilərin Nablosun müxtəlif bölgələrinə basqını zamanı fələstinli gənclərlə böyük toqquşma baş verib.
Əl-Əhd xəbər portalının məlumatına görə isə, İsrail rejimi hərbçiləri bu gün səhər İordan çayının qərb sahilində Qilqiliyə şəhərində üç fələstinli gənci həbs ediblər.
Bu arada sionist hərbçilər Əbudis qəsəbəsinin Əs-Səvanə bölgəsində iki fələstinli gəncin mənzilinə soxularaq onları həbs ediblər.