Fələstin Milli Şurası: Oslo müahidəsi etibarsızdır
-
Fələstin Milli Şurası: Oslo müahidəsi etibarsızdır
Fələstin Milli Şurası bildirib ki, 20 il bundan öncə sionist rejimlə imzalanmış Oslo müahidəsi daha etibarsızdır.
Oslo müahidəsi 1993-cü il sentyabrın 13-də sionist rejimlə Fələstin Azadlıq Təşkilatı arasında imzalandı. Qərar üzrə Beytulmuqəddəsin vəziyyəti, fələstinli didərginlər, sionist sakinli qəsəbələr, təhlükəsizlik məsələləri və sərhədin təyini adlandırılan məsələ kimi mövzular bu saziş əsasında həll olunmalı idi, amma müzakirədən 20 ildən çox vaxt ötsə də bu müahidənin Fələstin xalqı üçün heç bir naliyyəti olmayıbdır.
Fələstin Milli Şurası bu gün səhər "Qüds və Fələstinin legitimliyinə dəstək" adlı iclasının sonunda imzalanmış sazişlər əsasında işğalçı rejimin öhdəliklərinin icra olunmamasına toxunaraq, bildirib: Oslo, Qahirə və Vaşinqton müahidələrində imzalanmış sazişlər və onlarla bağlı öhdəliklər daha mövcud deyildir və hazırkı hədəf, Fələstin ölkəsinin istiqlaliyyətidir.
Bu şura ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı elan etmək və ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək üzrə qərarını pisləyərək, bildirib ki, Amerika saziş prosesinin istiqamətləndiricisi və vasitəçisi kimi legitimliyini itiribdir.
Fələstin Milli Şurası həmçinin bildirib ki, müvəqqəti və mərhələli həll yolları, Qüds və didərginlər işinin kənara qoyulması və sionist sakinli qəsəbələrə göz yumulmasını "əsrin sövdələşməsi" kimi heç bir ad altında qəbul etmir.