Yəməndə vəbanın yenidən yayılması haqda xəbərdarlıq
May 05, 2018 21:28 Asia/Baku
Beynəlxalq həkim və tədqiqatçılar Yəmən məntəqələrinin 54 faizində vəbanın yenidən yayılması ehtimalı və milyonlarla nəfərin bu xəstəliyə tutulması imkanı haqda xəbərdarlıq ediblər.
Beynəlxalq həkim və tədqiqatçılar həmçinin azı 14 milyon yəmənlinin vəba xəstəliyinə tutulması təhlükəsinə işarə edərək, bu ölkənin rəsmilərindən istəyiblər ki, təcili tədbirləri, o sıradan sağlam içməli suyun təmini, çirkab sularının dəf olunması üzrə infrastrukturların islahı və vaksinasiyanı öz iş gündəmlərinə salsınlar.