Sabah Livanda parlament seçkiləri keçiriləcək
Sabah Livanda parlament seçkiləri keçiriləcək. Livanın cənubunda 23 deputat mandatlığı uğrunda 46 namizəd rəqabət aparacaq. Livan qanunlarına əsasən seçkilərə bir sutka qalmış təbliğat-təşviqat kampaniyaları dayandırılır.
Livan parlament seçkilərinə bir gün qalıb. Bura işğal olunmuş Fələstinlə sərhəd zonasında Kəfər-Kila sərhəd zolağıdır.
Livan vətəndaşı deyib: Burada tam sakitlik hökm sürür. Müqavimətin mövcudluğu sayəsində burada, İsrailin yanında ondan heç bir qorxumuz yoxdur.
Sionist rejimin bir zabiti bir müddət öncə bildirmişdi: Bir müddət sonra livanlılar seçkilərdə iştirak edəcəklər. Mən onların Hizbullaha səs verməyəcəyinə inanıram.
Kəfər-Kila sakinləri sionistlərin bu təhdidlərinə heç bir etina etmədən sabah keçiriləcək seçkilərə hazırlaşıblar. Seyid Həsən Nəsrullahın belə böyük şəkillərini seçkilərdəki namizədlərin kənarında sionistlərin gözü qarşısında quraşdırıblar.
Başqa bir livanlı deyib: Bu bizim diyarımızdır. İsrail heç bir qələt edə bilməz. Biz müqavimətin bərəkəti ilə tam güclüyük. Artıq bu gün, bizdən qorxanlar sionistlərdir. Biz Seyid Həsən Nəsrullahın sədaqətli vədlərinə inanırıq.
Bu on metrlik beton divarlar Livanla işğal olunmuş Fələstin sərhədindədir. Bu divarlar sionistlərin qorxu divarı adı ilə məşhurlaşmışdır.
Livan vətəndaşı deyib: Biz bu seçkilərdə Müqavimətin bir qrup və ya tayfa olmadığını sübut edəcəyik. Müqavimət bütün Livan vətəndaşları üçündür. Bu gün onlar bizdən qorxurlar.
Livanın cənubu bu seçkilərdə üç seçki dairəsinə bölünüb. 23 deputat mandatını əldə etmək üçün 46 namizəd rəqabət aparacaq.
Başqa bir livanlı deyib: Hazırda Livanın cənubunda gördüyümüz Müqavimətin funksiyası və bu yolda qanlarını verən şəhidlərin əməyinin nəticəsidir. Bu seçkilərdə bir qrup Livanın təhlükəsizliyi və sülhü ardıncadır, başqa bir qrup isə bu seçkiləri və ondan sonrakı günləri destabil göstərməyə cəhd edir.