May 06, 2018 16:40 Asia/Baku
  • Yəmənin Soqotra vilayətinin icra başçısı BƏƏ-yə reaksiya verib
    Yəmənin Soqotra vilayətinin icra başçısı BƏƏ-yə reaksiya verib

Yəmənin Soqotra vilayətinin icra başçısı Birləşmiş Ərəb Əmirliklərinin bu adaya qarşı hərəkətlərini pisləyib və Yəmənin istefa vermiş hökumətini BƏƏ-nin işğalçılığını qanuniləşdirdiyinə görə qınayıb.

Yəmənin Səba xəbər agentliyinin verdiyi məlumata görə, Soqotranın icra hakimi deyib: İşğalçı BƏƏ qüvvələri istefa vermiş prezident Əbd Rəbbə Mənsur Hadi hökumətinin gözü önündə adanın qoca ağaclarını və mərcan daşlarını oğurlayır və nadir quşları hədəfə alırlar. 

Haşim Əssoqotra Beynəlxalq təşkilatlar o sıradan UNECKO-nu ümumbəşəri təbii ehtiyatları və mədəni irsi ilə bu təşkilatın qeytiyyatında olan Soqotra adasını mühafizə üzrə öz öhdəliyini yerinə yetirməyə çağırıb. 

Ötən həftə BƏƏ hərbçilərinin Soqotra adasının hava limanını işğal etməsi və Yəmənin istefa vermiş hökumətinə tabe olan qüvvələri adadan qovması barədə məlumatlar yayılmışdır.

Teqlər