May 07, 2018 08:21 Asia/Baku
  • Livan xalqı müqavimət namizədlərinin qələbəsindən sonra şənlik keçirib
    Livan xalqı müqavimət namizədlərinin qələbəsindən sonra şənlik keçirib

Livandan daxil olan məlumatlar müqavimətin və onun müttəfiqlərinin namizədlərinin bu ölkənin parlament seçkilərində qələbə qazanmalarından xəbər verir.

Müqavimətin tabeliyində olan "Ələməl və Əlvəfa" siyahısının bütün namizədləri Livanın cənubundakı üç seçki dairəsində qalib gəliblər.

Hizbullah və Əməl hərəkatı bu seçkilərdə "Ələməl və Əlvəfa" adı altında müştərək bir siyahı təqdim ediblər.

Livanın daxili işlər naziri Nuhad Əlməşnuq bu gün səhər tezdən bu ölkənin parlament seçkilərindəki iştirak miqdarını 49,2 faiz elan edib.

Livan parlament seçkiləri bazar günü keçirilib.

Bu seçkilərdə 77 siyahı formasında 583 namizəd iştirak edib. 583 namizəd arasından 128 nəfər parlamentə gedəcək.

Livan parlament sisteminə malikdir və bu orqanın tərkibi də gələcək dövləti təyin edəcəkdir.

Bu seçkilər elə bir şəraitdə keçirilibdir ki, hazırkı parlament 2009-cu il seçkilərindən bəri üç dəfə və müxtəlif təhlükəsizlik və texniki dəlillərə görə, öz dövrünü uzadıbdır. Qrupların siyasi rəqabəti, xüsusən səud kimi bəzi rejimlər və Qərb qüdrətləri tərəfindən dəstək alan 14 mart cərəyanının Hizbullaha yaxın olan 8 mart cərəyanı ilə rəqabəti bu seçkilərdə keçən seçklərdəkindən çox olubdur.

Teqlər