Livanda müqavimət qələbə çaldı
Livanın daxili işlər naziri bu ölkənin parlament seçkilərinin nəticələrini elan edib.
İRİB-in verdiyi məlumata görə, Nəhad Məşnuqun bildirdiyinə görə, Hizbullah və Əməl hərəkatları koalissiyası parlament kürsülərinin 29-nu, Güclü Livan fraksiyası da yerlərin 29-nu qazanıblar. Əl-Müstəqbəl cərəyanı parlamentə 20, Livanlı Qüvvələr Partiyası 14, Sosialist Partiyası 9 və digər partiyalar da cəmi 27 nümayəndə göndərə biliblər.
Ayrıca olaraq Əmmar seçki dairəsindən Azad Milli Cərəyan 2, Əl-Müstəqbəl 4 və Əl-Qəvatül-Lübnaniyyə 1 deputat parlamentə göndərə biliblər.
Mərkəzi Büqa seçki dairəsinin yekun nəticələrinə görə isə, Hizbullah və onun müttəfiqləri iki , Güclü Livan siyahısından 2 və Əl-Müstəqbəl cərəyanı siyahısından 1 nəfər parlamentə yol tapıb.