Səudiyyə Ərəbistanında büdcə kəsri
May 08, 2018 07:30 Asia/Baku
-
Səudiyyə Ərəbistanında büdcə kəsri
Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyi cari ilin ilk üç ayında bu ölkənin 9 milyard dollarlıq büdcə kəsrinə malik olduğunu bildirib.
Röytersin Ərrəyaddan verdiyi məlumata görə,Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi dünən bildirib ki, bu ölkənin büdcə kəsri, cari ilin ilk rübü üçün 9 milyard 150 milyon dollar təşkil edir və bu rəqəm bu ölkə tarixində misli az görünmüş rəqəm hesab olunur.
Bu hesabatda həmin dövrdə bu ölkənin gəlirlərinin ötən il oxşar dövr ilə müqayisədə 15 faiz artdığı deyilir.
Ekspertlərə görə, idarəetmədəki çatışmazlıqlar, böyük məbləğdə silah satın alınması, Yəmənə qarşı təcavüzkar müharibə Səudiyyə Ərəbistanının büdcə kəsrinin əsas səbəblərini təşkil edir.
Teqlər