May 10, 2018 16:24 Asia/Baku
  • Ərəbistan qırıcıları Yəmənin paytaxtına hücum ediblər

Ərəbistan qırıcılarının Yəmənin paytaxtı Səna şəhərinə olan hücumlarında 6 nəfərin həlak olduğu bildirilir.

Yəmənin Əlməsirə informasiya kanalının verdiyi məlumata görə, bu hücum zamanı Ələzrəqeyn məntəqəsində yerləşən bir yaşayış binası hədəfə alınıb. Hücum nəticəsində bir qrup insanın da  yaralandığı deyilir.

Ötən gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Tehrandakı ofisi Yəmənin paytaxtı Səna şəhərinin izdihamlı məntəqələrinə qarşı yeni hücum dalğasının başlanmasından xəbər verib. Belə ki, çərşənbə günü Civarülərdi məntəqəsinə olan hücumda biri uşaq olmaqla beş mülki həyatını itirib.

Ərəbistan 2015-ci ilin martından etibarən ABŞ-ın himayəsi altında Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb. Ərəbistan Yəmənin istefa vermiş prezidenti Əbdürrəbbə Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq bəhanəsi ilə Yəmənə qarşı amansız hücumlarında indiyə kimi on minlərlə insanın ölməsi və yaralanmasına, milyonlarla insanın didərgiin düşməsinə səbəb olub. Ölkənin bütün infrastrukturları isə bilərəkdən  məhv edilir.

Teqlər