Müqavimətin raketləri İsrail rejimini dəhşətə gətirdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i306862-müqavimətin_raketləri_İsrail_rejimini_dəhşətə_gətirdi
Suriyaya olan son raket və artilleriya hücumlarının ardınca, müqavimət cəbhəsinin qətiyyətli cavab zərbəsi ilə üzləşməsi İsrail rejimini qorxuya salıb. Bunun əksinə olaraq, Suriya silahlı qüvvələri və xalqı ölkəni müdafiə etmək üçün istənilən təcavüzkara qarşı mübarizəyə hazır olduqlarını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2018 14:35 Asia/Baku
  • Müqavimətin raketləri İsrail rejimini dəhşətə gətirdi
    Müqavimətin raketləri İsrail rejimini dəhşətə gətirdi

Suriyaya olan son raket və artilleriya hücumlarının ardınca, müqavimət cəbhəsinin qətiyyətli cavab zərbəsi ilə üzləşməsi İsrail rejimini qorxuya salıb. Bunun əksinə olaraq, Suriya silahlı qüvvələri və xalqı ölkəni müdafiə etmək üçün istənilən təcavüzkara qarşı mübarizəyə hazır olduqlarını bildiriblər.

 Suriya ordusunun baş qərargahı bir bəyanat yayaraq, bu ölkə silahlı qüvvələrinin İsrail rejiminin Suriyaya qarşı istənilən növ hərbi müdaxiləsini qətiyyətli şəkildə cavablandırmağa hazır olduqlarını bildirib.

“Sionist düşmən Homs-dan tutmuş Quneytərəyə qədər olan əraziləri havadan və qurudan atılan 80-ə yaxın raket ilə hədəfə almışdı. Amma, Suriya ordusu bu raketlərin 70-ni hədəfə çatmamış məhv etməyi bacardı və bu raket hücumu elə də böyük tələfata səbəb olmadı.” – deyə suriyalı rəsmi qeyd edib.

Suriyanın Xarici İşlər Nazirliyi də bir bəyanat yayaraq, 7 il sürən vəkalət müharibələrində terrorçuların məğlub olmasının ardınca İsrail rejimi Suriyaya qarşı birbaşa hərbi müdaxiləyə başlayıb: “İsrail rejimi və himayədarlarının Suriya əleyhinə birbaşa hərbi müdaxilələri onların öz istəklərinə çatmasına səbəb olmayacaq. Bu həm də beynəlxalq sülh və təhlükəsizlik üçün bir təhdiddir.”

Suriya xalqı isə artan xarici müdaxilələr qarşısında öz ölkələrini müdafiə etmək üçün daha sıx birlik və həmrəylik nümayiş etdirir: “Təcavüzkarlar qarşısında müqavimət göstərmək bizim haqqımızdır. Biz heç vaxt savaş meydanını boş qoymayacaq, müqavimət yolundan üz çevirməyəcəyik. Biz, sionist düşmənin təcavüzləri qarşısında təslim olmayacağıq. Biz ordumuzu, hökumətimizi və ölkə başçısını dəstəkləyirik.”

Suriyada terrorizm əleyhinə savaşın 8-ci ilində müqavimət cəbhəsi döyüş meydanında öz iradəsini diktə etməyə başlayıb. Heç şübhəsiz bu məsələ İsrail rejiminin dominantlığına icazə verməyəcək.