Suriyadakı müharibəyə görə qərblilər məsuliyyət daşıyır
-
Suriyadakı müharibəyə görə qərblilər məsuliyyət daşıyır
Suriya prezidenti Bəşşar Əsəd deyib: Dəməşq terrorçular və əslində Türkiyə, Amerika və Ərəbistan qoşunları ilə savaşmaqdadır.
Suriya prezidenti Bəşşar Əsəd Səudiyyə Ərəbistanı və Amerikanın habelə, bəzi region ölkələrinin terrorçuları dəstəklədiklərini deyərək, bu ölkə ordusunun Suriyaya təcavüz edən istənilən tərəf ilə mübarizə aparacağını bildirib.
Suriya prezidenti həmçinin deyib: Qərbin Suriya ordusunun kimyəvi silahdan istifadə etməsi ilə bağlı iddiaları gülünc və son dərəcə bəsit bir ssenaridir. Bu ssenari, qərblilərin Suriyadakı əsas "kozır"ı sayılan terrorçuların məğlub olmasından sonra Suriya ordusuna hücum etmək üçün uydurduqları bir bəhanədən başqa bir şey deyil.
Bəşşar Əsəd həmçinin deyib: Suriya terrorçular ilə və əslində Türkiyə, Amerika və Ərəbistan orduları ilə savaşır.