Fələstinlilərin "Qayıdış haqqı" aksiyasının 7-ci cüməsi; iki şəhid və yüzlərlə yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i307052-fələstinlilərin_qayıdış_haqqı_aksiyasının_7_ci_cüməsi_iki_şəhid_və_yüzlərlə_yaralı
Fələstinli mənbələr Qəzzə zolağının sərhəd məntəqələrində keçirilən "Qayıdış haqqı" aksiyasının 7-ci cüməsində şəhid və yaralıların sayının artmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 12, 2018 04:12 Asia/Baku
  • Fələstinlilərin
    Fələstinlilərin "Qayıdış haqqı" aksiyasının 7-ci cüməsi; iki şəhid və yüzlərlə yaralı

Fələstinli mənbələr Qəzzə zolağının sərhəd məntəqələrində keçirilən "Qayıdış haqqı" aksiyasının 7-ci cüməsində şəhid və yaralıların sayının artmasından xəbər veriblər.

"Xəbərdarlıq cüməsi" adı altında təşkil olunan "Qayıdış haqqı" aksiyasının 7-ci cüməsi mərasimi fələstinlilərin Qəzzə zolağının sərhəd məntəqələrində geniş iştirakı ilə keçirilib. Bu aksiyada sionist hərbçilərin atəşləri nəticəsində azı iki fələstinli şəhid olub, 450-dən çox fələstinli də yaralanıbdır.

Bu dinc aksiyanın başlanması ilə sionist rejim hərbçiləri fələstinlilərə tərəf atəş açıb və ya gözyaşardıcı qaz buraxıblar.

Sionist hərbçilər fələstinli aksiyaçıları hədəfə alaraq, Cəbaliyada və Xan Yunusun şərqində iki fələstinli gənci şəhid ediblər.

Əlaləm telekanalı bildirib ki, sionist snayperlərin atəşləri nəticəsində Qəzzə zolağının Əlbric məntəqəsinin şərqində bir uşaq baş nahiyəsindən ağır şəkildə yaralanıbdır.

Məlumatlara görə, fələstinli gənclər sionist rejimin görüntüləri qeydə alan bir pilotsuzunu vura biliblər.

"Fəlakət günü" ərəfəsində Qəzzə zolağının işğal olunmuş ərazilərlə sərhədlərində döyüşlər şiddətlənib. Martın otuzundan və "yer günü" münasibətilə Qəzzə zolağında keçirilən dinc "Qayıdış haqqı" aksiyasının başlanmasından bəri sionist hərbçilərin atəşləri nəticəsində 55 fələstinli şəhid olub, 9 mindən çox fələstinli də yaralanıbdır.