Səudiyyə və Bəhreyn səfirləri sionist rejimin təsisi mərasimində iştirak ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i307056-səudiyyə_və_bəhreyn_səfirləri_sionist_rejimin_təsisi_mərasimində_iştirak_ediblər
Bəzi qaynaqlar Ərəbistan və Bəhreyn səfirlərinin sionist rejimin təsisinin ildönümü günü mərasimində iştirak etmələrindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 12, 2018 05:03 Asia/Baku
  • Səudiyyə və Bəhreyn səfirləri sionist rejimin təsisi mərasimində iştirak ediblər
    Səudiyyə və Bəhreyn səfirləri sionist rejimin təsisi mərasimində iştirak ediblər

Bəzi qaynaqlar Ərəbistan və Bəhreyn səfirlərinin sionist rejimin təsisinin ildönümü günü mərasimində iştirak etmələrindən xəbər veriblər.

Fələstinin Səfa xəbər saytı dünən bir qərbli diplomata istinadla yazıb: Sionist rejim səfirliyinin bu saxta rejimin təsisinin yetmişinci ildönümü günü münasibətilə Qahirənin "Ritz-Karlton" otelində keçirdiyi mərasimdə Səudiyyə Ərəbistanının yeni səfiri Usamə Əhməd Əlnəqli və Bəhreynin Qahirədəki səfiri Raşid bin Əbdurrəhman Ali-Xəlifə iştirak ediblər.

Bu xəbərin yayılmasının ardınca Usamə Əhməd Əlnəqli öz twitter səhifəsində iddia edibdir ki, həmin mərasimdə iştirak etməyibdir.

Sionist rejimin Qahirədəki səfirliyinin 1980-ci ildə açılmasından bəri ilk dəfədir ki, bu uşaq öldürən rejimin Misirdəki səfirliyindən kənar bir məkanda belə bir mərasim keçirilir.