Ərəbistan yenə Yəmən xalqına qarşı kasset bombalar işlədib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i307076-Ərəbistan_yenə_yəmən_xalqına_qarşı_kasset_bombalar_işlədib
Bir yəmənli müxbir canlı bir televiziya verilişində Ərəbistanın Yəmən paytaxtında istifadə etdiyi kasset bombaların tikələrini nümayiş etdirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 12, 2018 11:00 Asia/Baku
  • Ərəbistan yenə Yəmən xalqına qarşı kasset bombalar işlədib
    Ərəbistan yenə Yəmən xalqına qarşı kasset bombalar işlədib

Bir yəmənli müxbir canlı bir televiziya verilişində Ərəbistanın Yəmən paytaxtında istifadə etdiyi kasset bombaların tikələrini nümayiş etdirib.

Yəmənli müxbir dünən canlı bir televiziya verilişində Ərəbistanın mayın onunda Yəmənin Səna vilayətinin Həmdan məntəqəsinə qarşı həyata keçirdiyi hücumda istifadə etdiyi kasset bombaların tikələrini göstərərək, deyib ki, bu hücumda ikisi uşaq olmaqla azı altı nəfər həyatını itirib.

Yəmənli müxbir Ərəbistan koalisiyasının Yəmənə qarşı hücumlarının yardım qüvvələrinin fəaliyyətinə mane olduğunu bildirərək, deyib ki, Amerika Ərəbistana hər cür kömək, o sıradan loqistik köməklə bərabər, planın hazırlanması və peyk təsvirlərini də onun ixtiyarına qoyur.