Suriyalı müxaliflərin cəbbəxanalarında sionist rejim silahları aşkar edilib
-
Suriyalı müxaliflərin cəbbəxanalarında sionist rejim silahları aşkar edilib
Suriya ordusu Dəməşq ətrafındakı məntəqələrin terrorçulardan təmizlənməsi əməliyyatında bir daha sionist rejim istehsalı olan ağır texnika və sursat aşkar edibdir.
Suriya dövləti Yəlta, Babila və Beyt-Səhm şəhərlərində sionist rejim istehsalı olan ağır texnika və sursat anbarları aşkar edəndən sonra dəfələrlə bildirmişdi ki, sionist rejim başçıları suriyalı müxaliflərə kömək ediblər.
Rəsmi Dəməşqin bildirdiyinə görə, sionist rejim suriyalı müxalifləri xidmətə götürmək və onları sursatlarını təmin etməklə Suriyadakı daxili ixtilafları şiddətləndirmək niyyətindədir.
Cari ilin fevralında da Diyrəzzurun azad edilmiş məntəqələrindən olan Əlbukəmal və Əlməyadində bir neçə cəbbəxana aşkar edildi ki, onların arasında çoxlu sayda sionist rejim istehsalı olan silah nəzərə çarpır.