İraq seçkilərində heç bir təhlükəsizlik problemi olmayıb
-
İraq seçkilərində heç bir təhlükəsizlik problemi olmayıb
İraqın daxili işlər nazirliyi bir bəyanat yayaraq bildirib ki, indiyədək seçkilər heç bir təhlükəsizlik problemi olmadan keçirilib.
İraqın daxili işlər nazirliyinin sözçüsü Səəd Məən bu gün yayılmış bu bəyanatda bildirib: İraqın ali seçki komitəsi seçkilər üzrə baş komissarlığın həmkarlığı ilə seçkilər prosesinə nəzarət edərək, təhlükəsizlik tərəfləri və əməliyyat komandanları ilə lazımi təhlükəsizlik koordinasiyalarına malikdir və indiyədək bir təhlükəsizlik problemi baş verməyibdir.
İraqın baş naziri Heydər Əlibadi bu gün seçkilərin başlanmasından bir neçə saat sonra avtomobillərin İraq vilayətlərində gediş-gəlişlərinin qadağanı, eləcə də ölkə aeroportlarının bağlı qalmasını ləğv edibdir.
İraqın parlament seçkiləri bu gün səhər saat yeddidən bu ölkə boyu keçirilməyə başlanıb.