Əfqanıstanın şimalında 4 ABŞ hərbçisi öldürülüb
May 12, 2018 15:39 Asia/Baku
-
Əfqanıstanın şimalında 4 ABŞ hərbçisi öldürülüb
Taliban qrupu Əfqanıstanın şimalındakı Pərvan vilayətində şose yolunun kənarında qoyulmuş minanın partlaması nəticəsində dörd ABŞ hərbçisinin ölməsindən xəbər verib.
Taliban-ın sözçüsü Zəbiullah Mocahed bildirib ki, amerikalı hərbçilərin zirehli avtomobil karvanı Pərvan vilayətinin Bəqram rayonunda şose yolunun kənarında qoyulmuş minanın partlamasına tuş gəlibdir.
O, qeyd edib ki, bu partlayış nəticəsində dörd amerikalı hərbçi ölüb və onların bir zirehli avtomobili də məhv olubdur.
Amerikanın Əfqanıstan məsələləri üzrə xüsusi baş müstəntiqi Con Sepko özünün son hesabatında bu ölkədəki amerikalı hərbçilərin tələfatının artmasından nigarançılıq edibdir.