Beynəlxalq koalisiya qırıcılarının Suriyaya hücumunda 17 sivil öldürülüb
May 12, 2018 21:27 Asia/Baku
-
Beynəlxalq koalisiya qırıcılarının Suriyaya hücumunda 17 sivil öldürülüb
Suriyanın dövlət televiziyası sözdə anti-İŞİD amerikan koalisiyanın qırıcılarının təcavüzü zamanı 17 sivilin öldürülməsindən xəbər verib.
Bu hadisə amerikan koalisiyanın qırıcılarının Suriyanın şimal-şərqində yerləşən Əlhəsəkə məntəqəsinin Həmadi kəndinə qarşı hücumunda baş verib.
Rəsmi Dəməşq dəfələrlə Amerikanın terror qrupları ilə mübarizə bəhanəsi ilə Suriyadakı hərbi iştirakını pisləyib və onu Suriyanın suverenliyinin pozulması adlandırıbdır.