May 13, 2018 14:15 Asia/Baku
  • İraq Parlament seçkilərinin ilkin nəticələri açıqlandı

İlkin nəticələrə əsasən İraqda keçirilən parlament seçkilərində Bağdad seçki dairəsi üzrə İraqın Bədr Təşkilatının baş katibi Hadi Amirinin başçılıq etdiyi Əl-Fəth koalisiyası rəqiblərindən öndəndir.

İraqın "Nun" xəbər agentliyinin verdiyi məlumata görə, seçkilərin ilkin nəticələrinə əsasən Hadi Amirinin başçılıq etdiyi Fəth koalisiyası Bağdadda rəqiblərindən önə keçib.

İkinci yerdə isə İraq prezidentinin müavini Nuri Malikinin başçılıq etdiyi Qanun Dövləti koalisiyasıdır. Baş nazir Heydər İbadinin başçılıq etdiyi Nəsr koalisiyası ilə Müqtəda Sədrin başçılıq etdiyi Sairun koalisiyaları isə növbəti pillələrdə dururlar.

İraqın Ali Seçki Komissiyası iki günə qədər seçkilərin ilkin nəticəsini açıqlayacağını bildirib.

Dünən İraqda keçirilən parlament seçkilərində təqribən 11 milyon nəfər iştirak edib və seçici fəallığının 44.5% olduğu bildirilir.

Teqlər