Suriya xalqı ABŞ səfirliyinin Qüdsə köçürülməsini qınadı
May 14, 2018 12:57 Asia/Baku
-
Suriya xalqı ABŞ səfirliyinin Qüdsə köçürülməsini qınadı
Suriyalılar ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsinə etiraz olaraq aksiya keçiriblər.
Suriyalı aksiya iştirakçıları bazar günü paytaxt Dəməşqdə aksiya keçirərək, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi əleyhinə şüarlar veriblər.
Röyters-in verdiyi məlumata görə, suriyalı aksiya iştirakçıları ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsindən bir gün öncə Dəməşq küçələrində aksiya keçirərək, Fələstin bayrağını dalğalandırıblar.
Aksiya iştirakçılarından biri Röyters-ə verdiyi müsahibədə ABŞ səfirliyinin Qüdsə köçürülməsini tənqid edib və deyib: ABŞ-ın bu hərəkəti beynəlxalq qanunları pozmaqdır.
Bu suriyalı aksiya iştirakçısı həmçinin, ABŞ-ın bu qanunsuz hərəkətinin mənfi nəticələri barədə xəbərdarlıq edib.