İraq seçkilərinin ilkin nəticələri açıqlandı
-
İraq seçkilərinin ilkin nəticələri açıqlandı
İraqın Ali Seçki Komissarlığı bu gün səhər bu ölkədə keçirilən son parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. İlkin nəticələrə əsasən Amerikanın İraqdakı iştirakı ilə müxalif olan milli qüvvələr seçkilərdə digər siyasi qruplardan daha çox səs toplayıblar.
İraqda keçirilən Parlament seçkilərinin ilkin nəticələri elan edildi. İraqın Ali Seçki Komissarlığı bu gün səhər mətbuat konfransı təşkil edərək, seçkilərin keçirildiyi 18 vilayətdən 10-unda səslərin sayılmasının başa çatdığını elan edib. İlkin nəticələrə əsasən seçkilərdə ölkənin suverenliyini və milli hakimiyyətini dəstəkləyən qüvvələr qələbə çalıblar.
İraq rəsmilərindən biri bu barədə deyir: “Yeni parlamentdən gözləntilərimiz siyasi proseslərlə yanaşı ordu və səfərbər qüvvələrin təhlükəsizlik sahəsindəki uğurlarını dəstəkləməsidir.”
İraqın Ali Seçki Komissarlığı digər 8 vilayətlə bağlı seçki nəticələrinin bu günün sonuna kimi elan ediləcəyini də bildirib. Bir çox siyasi qruplar seçkilərin ilkin nəticəsinin sürətlə açıqlanmasını yeni parlamentin və hökumətin formalaşdırılması istiqamətində atılacaq addımlar üçün yaxşı başlanğıc hesab ediblər.
İraqlı rəsmi bu barədə deyir: “Növbəti mərhələ bütün siyasi qruplar arasında konstruktiv və sıx əməkdaşlığa ehtiyaclıdır. Qənaətimizə görə, seçkilərin nəticəsi bütün qrupların yeni parlament və hökumətdə birgə və aktiv əməkdaşlığa malik olmasını tələb edir.”
Bir başqa iraqlı rəsmi isə deyir: “Ümidvarıq yeni parlament və hökumət keçmiş problemləri həll edə bilsin.”
Buna baxmayaraq, bəzi siyasi qruplar elə indidən, hələ səslərin sayılması prosesi başa çatmamış, gələcək parlament və hökumət ilə müxalifət etməyə başlayıblar.