Fələstinlilərin milyonluq "Qayıdış Haqqı" yürüşündə 16 fələstinli şəhid olub
-
Fələstinlilərin milyonluq "Qayıdış Haqqı" yürüşündə 16 fələstinli şəhid olub
Fələstinin səhiyyə nazirliyi İsrail hərbçilərinin atəş açması nəticəsində Qəzzə sərhədlərində 16 fələstinlinin ölməsi, yüzlərlə nəfərin isə yaralanmasından xəbər verib.
Fələstinin işğal edilməsinin 70-ci ildönümü günündə və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bir vaxtda Fələstin xalqı ABŞ-ın bu addımına etiraz olaraq aksiya keçirib, öz torpaqlarına qayıdış haqqına təkid ediblər.
İRİB-nin verdiyi məlumata görə, Qəzzə zolağında İsrail hərbçilərinin atəş açması nəticəsində yaralananların sayı 512-yə çatıb.
ABŞ prezidenti Donald Tramp 6 dekabr 2017-ci il tarixində bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi haqda fərman imzalayaraq, Qüdsü rəsmən İsrailin paytaxtı olaraq tanıdı. Trampın fərmanına əsasən ABŞ səfirliyi bu gün rəsmi bir mərasimlə Təl-Əvivdən Qüdsə köçürülüb.
Trampın Qüds əleyhinə qərarının ardınca indiyə kimi yüzdən çox 100 fələstinli sionist hərbçilər tərəfindən şəhid edilib.