Fələstinli şəhidlər və yaralıların sayı artır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i307406-fələstinli_şəhidlər_və_yaralıların_sayı_artır
Qəzzə zolağında fələstinlilər və İsrail hərbçiləri arasında çıxan toqquşmalarda indiyə kimi 40 fələstinlinin şəhid olduğu bildirilir. Yaralı sayı isə 2 min nəfəri keçib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 14, 2018 14:35 Asia/Baku
  • Fələstinli şəhidlər və yaralıların sayı artır
    Fələstinli şəhidlər və yaralıların sayı artır

Qəzzə zolağında fələstinlilər və İsrail hərbçiləri arasında çıxan toqquşmalarda indiyə kimi 40 fələstinlinin şəhid olduğu bildirilir. Yaralı sayı isə 2 min nəfəri keçib.

Əl-Aləmkanalının məlumatına görə, bu gün bazar ertəsi, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bir vaxtda fələstinlilər qayıdış haqqına təkid etmək və Qəzzənin mühasirəsinə son qoyulması tələbi ilə milyonluq aksiya keçiriblər. 

Aksiya iştirakçıları Xan Yunusun şərqində sionistlərin ayrıcı divarının təqribən böyük bir hissəsini dağıdıblar. 

İnformasiya qaynaqları sionistlərin "Qayıdış Haqqı" yürüşünün düşərgələrinə hücum etməsindən xəbər veriblər. 

Fələstin İnformasiya Mərkəzi bildirib: İsrail hərbçiləri Bric düşərgəsinin şərqində səhiyyə mərkəzlərinə də hücum ediblər. 

Bir İsrail snayperi isə Cəbaliyanın şərqində birbaşa olaraq fələstinliləri öldürmək üçün atəş açıb. Həmçinin, bir qrup İsrail hərbçisi fələstinli aksiya iştirakçılarının sionistlər tərəfindən yaradılmış maneələrə doğru hərəkət etməsinə görüb, geri çəkilməyə məcbur olublar. 

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və bu ölkə səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı göstəriş verməsindən bəri (6 dekabr 2017) yüzdən çox fələstinli şəhid edilib.