Nəbih Berri Livanda milli birlik hökumətinin yaranmasını dəstəkləyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i307520-nəbih_berri_livanda_milli_birlik_hökumətinin_yaranmasını_dəstəkləyib
Livan parlamentinin sədri bütün siyasi cərəyanların iştirakı ilə bu ölkədə milli birlik hökumətinin qısa müddətdə yaradılmasına çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2018 06:53 Asia/Baku
  • Nəbih Berri Livanda milli birlik hökumətinin yaranmasını dəstəkləyib
    Nəbih Berri Livanda milli birlik hökumətinin yaranmasını dəstəkləyib

Livan parlamentinin sədri bütün siyasi cərəyanların iştirakı ilə bu ölkədə milli birlik hökumətinin qısa müddətdə yaradılmasına çağırıb.

İRNA-nın verdiyi məlumata görə, Nəbih Berri bu sözləri dünən bir qrup livanlı siyasi fəal ilə görüşündə deyib. 

Ötən həftə Livanda parlament seçkiləri keçirildi və bir həftəyədək yeni parlament öz işinə başlayacaq. 

Livan parlament sisteminə malikdir və hökumət də parlament vasitəsi ilə seçilir. 

Livan parlament seçkilərində müqavimət yerlərin 67-ni özünə aid etdi. Livan parlamentinin 128 üzvü var.