Ərəbistan qırıcıları Yəmənin Sədə vilayətini bombalayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i307714-Ərəbistan_qırıcıları_yəmənin_sədə_vilayətini_bombalayıblar
Ərəbistan qırıcıları Yəmənə qarşı hücumlarının davamında ölkənin şimalında yerləşən Sədə vilayətinin Səhar sərhəd məntəqəsinə raket zərbələri endiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 16, 2018 06:59 Asia/Baku
  • Ərəbistan qırıcıları Yəmənin Sədə vilayətini bombalayıblar
    Ərəbistan qırıcıları Yəmənin Sədə vilayətini bombalayıblar

Ərəbistan qırıcıları Yəmənə qarşı hücumlarının davamında ölkənin şimalında yerləşən Sədə vilayətinin Səhar sərhəd məntəqəsinə raket zərbələri endiriblər.

İRNA-nın məlumatına görə, Səhar məntəqəsində yerləşən Əl-Məhazər məntəqəsi Ərəbistan qırıcıları tərəfindən bombardman edilib.

İnformasiya qaynaqları Ərəbistan qırıcılarının davamlı olaraq Təiz şəhərinin üzərində uçuşlar həyata keçirməsindən xəbər verirlər.

Bu arada Ərəbistanın bir qrup muzdlusu Yəmən ordusu tərəfindən Məarib vilayətində yerləşən Sərvah şəhərinin şərqində öldürülüb.

Yəmənin Ənsarullah hərəkatının siyasi bürosu bir bəyanat yayaraq, bu hərəkatın komandanlarından olan Əbdünnasir Cüneydinin həlak olması xəbərini təsdiq edib.