Netanyahunun istintaqı davam edir
-
Netanyahunun istintaqı davam edir
Sionist rejim polisi bildirib ki, "2000" adlı məhkəmə işində "Yediot Aharnot" qəzetinin sahibi Arnon Mozes ilə əlaqəsinə görə, bu rejimin baş nazirini bir daha istintaq edəcək.
Sionist rejimin baş naziri Benyamin Netanyahunun yenidən istintaq edilməsi qərarı bundan öncə Netanyahu ailəsinin media müşaviri kimi fəaliyyət göstərmiş şahidlərdən birindən əldə olunmuş informasiyalar istiqamətində çıxarılıbdır.
Sionist rejim polisi həmçinin "İsrail Hayom" qəzeti ilə bağlı qanunvericilik hərəkətləri sahəsində təhqiqatlar üçün "sionist düşərgə partiyası"ndan olan İtan Kabeli məhkəməyə çağıracaq.
Bu polis həmçinin bildiribdir ki, Netanyahunun "2000" işindəki korrupsiyası ilə bağlı sionist rejimin sabiq müharibə naziri Tzipi Livni də şəhadət vermək üçün məhkəməyə çağırılacaq.
Netanyahu son aylar müxtəlif korrupsiya işləri ilə bağlı dəfələrlə mühakimə və istintaq olunubdur.