Əfqanıstanın Əcristan rayonu taliblərin əlinə keçib
-
Əfqanıstanın Əcristan rayonu taliblərin əlinə keçib
Əfqanıstanın Qəzney vilayətinin Əcristan rayonunun bir hissəsi taliblərin nəzarətinə keçib.
İRNA-nın verdiyi məlumata görə, məlumatlı bir mənbə dünən gecə taliblər Əcristan rayonu polis qərargahı və icra hakimiyyətinə hücum edərək bu binaları öz nəzarətlərinə alıblar.
Naməlum mənbə bildirib: Taliblər bu hücumda Əcristan icra hakiminin evini və Əcristan polis qərargahını yandırıblar. Hücumdan öncə əfqan rəsmilər ərazini tərk edibmişlər.
Əcristan rayonu son günlər taliblərin mühasirəsində idi və bu rayonun icra başçısı rayonun süqut edəcəyi barədə xəbərdarlıq etmişdi.
Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin başçısı Məhəmməd Radməniş Əfqanıstanın 10 vilayətində taliblərə qarşı əməliyyatlardan xəbər verərək deyib: Bu əməliyyat talibləri zəiflətmək məqsədini güdür.