May 21, 2018 11:21 Asia/Baku
  • İraqda koalisiya hökumətinin qurulması üçün razılıq əldə olunub
    İraqda koalisiya hökumətinin qurulması üçün razılıq əldə olunub

İraqın Əl-Hikmə cərəyanı sözçüsü yeni hökumətin formalaşdırılması üçün dördtərəfli koalisiyanın formalaşdırılması üçün razılığın əldə olunmasından xəbər verib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Seyid Əmmar Həkimin başçılıq etdiyi Əl-Hikmə cərəyanı sözçüsü Məhəmməd Cəmil Əl-Miyahi deyib: 72 saat ərzində Sairun, Nəsr Hikmə və Fəth koalisiyaları arasında yeni hökumətin formalaşdırılması üçün dördtərəfli koalisiya yaradılacaq. 

Bundan öncə Parlamentdə ən çox yerə malik olan Sairun koalisiyasının başçısı Müqtəda Sədr Hikmə, Nəsr və Fəth koalisiyalarının başçıları olan Əmmar Həkim, Heydər İbadi və Hadi Amiri ilə yeni hökumətin formalaşdırılması haqda məsləhətləşmələr həyata keçirib. 

Müqtəda Sədr bu görüşlərdə mümkün olan ən qısa zaman ərzində yeni hökumətin formalaşdırılmasına təkid edərək, gələcək hökumətin formalaşdırılmasında milli maraqları əsas tutan fraksiyalar arasında əməkdaşlığa təkid edib. 

İraqda keçirilən parlament seçkilərində Sairun(Müqtəda Sədr) koalisiyası 54, Fəth(Hadi Amiri) koalisiyası 47, Nəsr (Heydər İbadi) koalisiyası 43, Qanun dövləti (Nuri Maliki) 25, Əl-Vətəniyyə (Əhad Əlavi) koalisiyası 22, Hikmə(Əmmar Həkim) koalisiyası 19 və Əl-Qərar(Üsamə Əl-Nəcifi) 13 yer əldə ediblər. 

Teqlər