Bəhreyndə Ali Xəlifə rejiminə qarşı etiraz aksiyası keçirilib
Bəhreyn xalqı hakim rejimin repressiyalarına etiraz olaraq ölkənin müxtəlif məntəqələrində yürüşlər təşkil edib.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Bəhreyn xalqı paytaxt Manama habelə, Müsəlla və Əd-Diyə şəhərlərində etiraz aksiyaları təşkil ediblər.
Yerli qaynaqların verdiyi məlumatlara görə, yürüş iştirakçıları Ali-Xəlifə rejiminə qarşı şüarlar səsləndirib, Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasımın ev dustaqlığına son qoyulmasını, siyasi məhbusların azad edilməsini və repressiya siyasətinin dayandırılmasını istəyiblər.
Bəhreyn reimi Şeyx İsa Qasımı 2017-ci ilin iyununda vətəndaşlıqdan məhrum edib və o zamandan bəri yaşadığı Əd-Diraz məntəqəsində ev dustağıdır.
Bəhreyn 14 fevral 2011-ci ildən Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Xalq ictimai ədalətsizliyə son qoyulmasını, bütün vətəndaşlara bərabər münasibətin bəslənilməsini və demokratik quruluşun formalaşmasını tələb edir.
Ali-Xəlifə rejimi xalqın haqlı etirazlarını repressiya etmək üçün indiyə kimi bir çox müxalifət liderini həbs edib. Bir çoxları barəsində edam və uzun müddətli həbs qərarları çıxardılıb.