Suriya ordusu Həcərül-Əsvəd məntəqəsini azad etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i308582-suriya_ordusu_həcərül_Əsvəd_məntəqəsini_azad_etdi
Suriya ordusu bu gün Dəməşqin cənubunda başlatdığı əməliyyat zamanı strateji baxımdan önəmli olan Həcərül-Əsvəd məntəqəsini İŞİD terrorçularının işğalından azad edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 21, 2018 14:35 Asia/Baku
  • Suriya ordusu Həcərül-Əsvəd məntəqəsini azad etdi
    Suriya ordusu Həcərül-Əsvəd məntəqəsini azad etdi

Suriya ordusu bu gün Dəməşqin cənubunda başlatdığı əməliyyat zamanı strateji baxımdan önəmli olan Həcərül-Əsvəd məntəqəsini İŞİD terrorçularının işğalından azad edib.

Suriya ordusu və silahlı qüvvələri komandanlığı bir bəyanat yayaraq, bildirib: Ardıcıl hərbi əməliyyatlar nəticəsində Həcərül-Əsvəd məntəqəsi və onun ətraf əraziləri terrorçulardan təmizlənib. Bu əməliyyatda çoxlu sayda İŞİD terrorçusu öldürülüb. Bununla da Həcərül-Əsvəd və Yərmuk düşərgəsi İŞİD-in işğalından azad edilib.

Bu əməliyyat Şərqi və Qərbi Qutə məntəqəsinin terrorçlardan təmizlənməsi istiqamətində olub. Bu əməliyyatın önəmi mənfur terrorçu qruplaşmanın məhv edilməsində olub. Bununla da Suriya ordusu regional və beynəlxalq güclər tərəfindən himayə edilən terrorçular qarşısındakı gücünü sübut etmiş olub.

Suriya ordusu bu gün hər zaman olduğundan daha artıq qətiyyətli və güclüdür və son terrorçunun məhv ediləcəyi zamana kimi savaşı davam etdirəcək.