Netanyahu Pompeonun cəfəngiyyatından "vəcdə" gəlib
Sionist rejim baş naziri bazar ertəsi günü ABŞ-ın İran əleyhinə yeni "strategiyası"nı elan etməsindən vəcdə gələrək başqa ölkələrin Vaşinqtonun yolunu getmələrini istəyib.
İRNA-nın məlumatına görə, son günlərdə ABŞ-ın qeyri-qanuni şəkildə öz səfirliyini Qüdsə köçürülməsi ilə bağlı beynəlxalq qınağa tuş gələn Benyamin Netanyahu Vaşinqtonun İran əleyhinə yeni strategiyasından razılıq ifadə edib.
Netanyahu ABŞ dövlət katibi Mayk Pompeonun sözləri, o cümlədən İranda uranın zənginləşdirilməsinin durdurulması və Tehran əleyhinə analoqu olmayan sanksiyalar sözlərini müsbət qarşılayaraq deyib: Başqa ölkələrin ABŞ-ın yolunu getməsini istəyirik.
Sionist reim baş naziri ötən ay onyadığı gülünc şouya və İranın nüvə fəaliyyətləri ilə bağlı yeni sənədləri təqdim etdiyinə toxunaraq deyib: Tehran öz nüvə proqramlarını izləməkdədir.